EN

"Suriyada müvəqqəti hökumətin atdığı addımları alqışlayıram"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.Missiya.Az xəbər verir ki, Quterreş Suriyanın müvəqqəti hökumətinin mülki insanları qorumaq öhdəliyini alqışlayıb.

“Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram”, - deyə o açıqlamasında qeyd edib.

Suriyadakı mövcud hadisələr işığında Quterreş, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçeri Suriyadakı müvəqqəti hökumətlə humanitar yardımı artırmaq üçün Dəməşqə göndərdiyini bildirib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
7
8
missiya.az

9Sources