EN

Türkiyə mətbuatı:17 dekabr 2024

''Hürriyet'': Ömər Çelik: ''Tarixin doğru tərəfində dayandıq''

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Suriyada baş verənlərlə bağlı deyib: "Prezidentimizin liderliyi Türkiyəni tarixin doğru tərəfində durmasına gətirib çıxardı. Dövlətimiz və millətimiz bu prosesin çətinliklərinə baxmayaraq tarixin doğru tərəfində dayandı''.

''Sabah'': AFAD Sednaya həbsxanasında axtarış əməliyyatlarına başlayıb

Türkiyə Suriyadakı Sednaya həbsxanasında qapalı ola biləcək insanları xilas etmək üçün bölgəyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin qruplarını göndərib. AFAD sədri Okay Memişin rəhbərliyindəki qrup Sednaya həbsxanasına çatıb. Məlumata görə komanda xüsusi cihazlarla axtarış əməliyyatları həyata keçirir.

''Star'': GÖKÇE hədəfi uğurla vurdu

 "Baykar" şirkətinin Texniki direktoru Selçuk Bayraktarın rəsmi internet səhifəsində etdiyi paylaşımda GÖKÇE-nin hədəfi uğurla vurduğu qeyd olunub.

''Vatan'': Əbdülkadir Uraloğlu: Yerli və milli lokomotivlər üçün üç yeni fabrik qurulacaq

Türkiyәnin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu relsli sistemlə işəyən nəqliyyat vasitələrini inkişaf etdirmək və mövcud istehsal gücünü artırmaq üçün üç yeni fabrik quracaqlarını açıqladı.

''Haber Türk'': Antalya əhalisinin 7 qatından çox turist qəbul etdi

Təxminən 2 milyon 365 min əhalisi olan Antalya ilin ilk 11 ayında 16 milyon 606 min 501 xarici turist qəbul etdi.



Chosen
4
trt.net.tr

1Sources