EN

PKK-nın qadın terrorçusu Türkiyə ordusuna təslim oldu

Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat tədbirlərini davam etdirir.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının qadın sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində təslim olub.


Türkiyə polisi və Milli Kəşfiyyat İdarəsinin (MİT) apardığı araşdırma nəticəsində məlum olub ki, o, 2008-ci ildə PKK terror təşkilatı sıralarına qoşulub.

Həmçinin qadın terrorçunun İraqdan Suriyaya göndərildiyi, bölgədəki insanları terror təşkilatına qoşulmağa məcbur etdiyi və təşkilatın qatilləri arasında olduğu müəyyən edilib.

Bizim.Media

Chosen
8
9
bizim.media

10Sources