EN

Azərbaycanda “Yaşıl dəhliz”dən istifadə edən sahibkarların sayı artır – Məmməd Musayev

Bakı. Trend:

Azərbaycanda “Yaşıl dəhliz”dən istifadə edən sahibkarların sayıartmaqda davam edir.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçiriləngömrük biznes-forumunda deyib.

“Gömrük sistemi bu istiqamətdə mühüm alət hesab olunur, çünkibeynəlxalq ticarətin idarə olunmasında və yeni bazarlara çıxış üçünşərait yaradılmasında əsas rol oynayır. Dövlət və özəl sektorarasında dialoqun inkişafı iqtisadi artımın və ölkəmizininvestisiya cəlbediciliyinin artırılmasının əsas prinsiplərindənbiridir.

Azərbaycan Sahibkarlar Konfederasiyası, hökumətlə bağlanmış ƏsasKollektiv Sazişin tərəflərindən biri olaraq, dövlət qurumları iləəməkdaşlığı gücləndirərək sahibkarların qaldırdığı məsələlərinhəllinə və milli iqtisadiyyatın inkişafı, onun ixrac yönümlüolmasına dair strateji məqsədlərin reallaşdırılmasına töhfə verir.Bu baxımdan Konfederasiya ilə Dövlət Gömrük Komitəsi arasındaİkitərəfli Əməkdaşlıq Şurasının fəaliyyətini xüsusi qeyd etməkistəyirəm. Bir çox qaldırılan məsələlər uğurla həll edilib vəsevindirici haldır ki, “Yaşıl dəhliz”dən istifadə edənsahibkarların sayı artmaqda davam edir.

Son illər gömrük sistemində əhəmiyyətli uğurlar müşahidə olunur.Elektron bəyannamələrin tətbiqi, ticarətin asanlaşdırılmasıtəşəbbüsləri və beynəlxalq standartlara uyğun prosedurlarınyaradılması bu sahədə mühüm addımlardır. Bu tədbirlər təkcəölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına deyil, həm dəsahibkarlığın inkişafı üçün yeni imkanların yaradılmasına töhfəverir”, – deyə M.Musayev vurğulayıb.

Chosen
48
1
az.trend.az

2Sources