EN

Sabah futbol üzrə Qitələrarası Kubokun finalı keçiriləcək – “Real Madrid” – “Paçuka”

Dekabrın 18-də Qətərin paytaxtı Dohada Futbol üzrə Qitələrarası Kubokun final oyunu keçiriləcək.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Finalda Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid”lə Meksika klubu “Paşuka” qarşılaşacaq.

 Meksika təmsilçisi yarımfinalda Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Əhli”ni məğlub edib. Əsas vaxtda komandalar bərabərə qalıb (0:0), əlavə vaxtda da qalib müəyyənləşməyib, penaltilər seriyasında isə Meksika komandası daha güclü olub (6:5). 

Final oyunu Dohanın Lusail stadionunda keçiriləcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, FİFA tərəfindən təşkil olunan turnirin qalibi rəsmən klublararası dünya çempionu hesab olunur. 

ElcanMissiya.Az

Chosen
27
missiya.az

1Sources