EN

Orta Dəhlizlə yükdaşımalar artıb

Bu ilin yanvar-noyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 63 faiz artaraq 4,1 milyon tona çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti məlumat yayıb. Hesabat dövründə konteyner daşımaları 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.

Marşrut sabit artım nümayiş etdirməkdə davam edir ki, bunu ildə 6 milyon tona, o cümlədən 100 min TEU konteyner daşıma qabiliyyətinə qədər artım təsdiqləyir.

Orta Dəhliz kimi də tanınan TBNM Çin sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək Türkiyə və Avropaya uzanır. Bu onun qlobal ticarət üçün əhəmiyyətini təsdiqləyir.


Müəllif: Teleqraf.com
Chosen
11
2
teleqraf.com

3Sources