EN

Kuril adaları məsələsi - baş nazir İşibanın təklifi, Zaxarovanın sərt cavabı

Çinin “Baijiahao” nəşri yazıb ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Kuril adalarına dair Yaponiya hökumətinə ünvanlanan cavabı gündoğra ölkənin hökumətinin “nitqini qurudub”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şiqeru İşiba Yaponiyanın yeni baş naziri təyin edildikdən və ölkənin bütün hökuməti yeniləndikdən sonra Tokio münasibətlərin yaxşılaşmasına böyük ümid bəsləyərək Rusiya Federasiyası ilə əlaqələr yaratmağa çalışıb.

“Ancaq İşibanın seçdiyi taktika, xüsusən də Kuril adaları məsələsində səmərəsiz oldu”, - “Baijiahao” nəşri qeyd edir.

Baş nazir bildirib ki, Tokio Kuril adalarına iddialarından əl çəkmədən Rusiya Federasiyası ilə sülh bağlamaq istəyir.

Ona cavab olaraq Mariya Zaxarova Yaponiya tərəfini arqumentsiz qoyaraq bildirib ki, dialoqu normallaşdırmaq üçün mövcud sərhədlərin tanınması lazımdır.

Eyni zamanda o, açıq siqnal verib ki, Rusiyanı şantaj etmək mümkün deyil.

Qeyd edək ki, II dünya müharibəsinin sonunda SSRİ tərəfindən işğal olunmuş və Yaponiyanın sovet dövlətinə aqressisiyasının bədəli olaraq ilhaq olunmuş Kuril adaları məsələsi yaponlar üçün olduqca ciddi həssasiyyət daşıyır. 78 ildir Yaponiyada iqtidara gələn bütün siyasi qüvvələr adaları danışıqlar yolu ilə Rusiyadan almağa səy edir və hər dəfə umsuz olurlar.

Musavat.com

Chosen
39
musavat.com

1Sources