Bakı, 17 dekabr, AZƏRTAC Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. AMB-dan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 73,6 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.