Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri ilə Əqli Mülkiyyət Agentliyinin rəsmiləri arasında görüş keçirilib
Görüşdə Agentlik sədrinin müşaviri Gülnar Rüstəmova, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova iştirak ediblər.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova qonaqlara universitetimizin elmi-tədqiqat istiqamətində əldə etdiyi nailiyyətlərdən danışıb, gələcək planlar haqda məlumat verib.
Görüş zamanı əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilib.
Qonaqlar, həmçinin prorektorluq nəzdində fəaliyyət göstərən Elmi departamentin işi ilə tanış olublar.