Latviyalı basketbolçu Yanis Timma vəfat edib.
Publika.az xəbər verir ki, 32 yaşlı idmançının Moskvada qaldığı oteldə meyiti tapılıb. Onun ölümünə kəskin tənəffüs çatışmazlığı (asfiksiya) səbəb olub.
2010-cu ildə Yanis Latviya millisinin heyətində gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, NBA İnkişaf Liqasında, Türkiyə çempionatında da çıxış edib.