Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 219 milyon 464 min 42 manatlıq açıq tender elan edib.
Teleqraf.com xəbər verir ki, bu vəsait hesabına Şuşa şəhəri, Heydər Əliyev küçəsi, giriş 21 ünvanında yerləşən qonaq evi binasında cari təmir işləri nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 10 yanvardır. Zərflər elə həmin gün açılacaq.
Müəllif: Teleqraf.com