Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkəni tərk edərkən həyat sığortası olaraq, hərbi koordinatları İsrailə verib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.
“Bəşər Əsəd ölkədən qaçarkən İsrailin onun təyyarəsini vurmayacağına zəmanət olaraq, silah anbarları, raket qurğuları və hərbi təyyarələrin yerini göstərən siyahı verib”, - Türkiyə nəşri belə yazır.