EN

Skuterlə öldürülən rus general -Onu kim partlatdı, Ukraynamı, Pentaqonmu?

Belə bir qətli heç kim, ilk növbədə qurbanın özü də gözləmirdi. Ancaq olan oldu. Bu gün səhər Rusiyanın paytaxtı Moskva şəhərində partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və sürücüsü həlak olub.

Partlayıcı qurğu onun evinin girişinin yanında dayanan skuterə yerləşdirilib, məsafədən idarə edilərək partladılıb. Qurğunun partlayış gücü təxminən 300 qram trotilin ekvivavelenti olub.

owl_pic_620_9eb96475131d78af512f42ae42c1fc76.jpg

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak generalın ölümüdə Kiyevin əlinin olmadlğını iddia edib. O suala lakonik cavab verib: “Ukrayna terror üsullarından istifadə etmir”.

Kirillov kim olub və necə xatırlanır?

1970-ci il iyulun 13-də Kostromada anadan olan İqor, Kostroma Radiasiya, Kimya və Bioloji Müdafiə Hərbi Akademiyasını və Timoşenko adına Radiasiya, Kimya və Bioloji Müdafiə Hərbi Akademiyasını bitirib.

1991-1995-ci illərdə Almaniyada və Moskva hərbi dairəsində taqım komandiri kimi xidmət edib. 1995-ci ildən 2009-cu ilə qədər bölük komandirindən radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının mühafizə briqadasının komandirliyinə qədər yüksəlib. 2009-cu ildən Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının aparatında müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ilin sentyabrından 2017-ci ilin aprelinə qədər Timoşenko adına Hərbi Akademiyanın rəhbəri olan general 2017-ci ilin aprelindən Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi təyin edilib. Kirillov Rusiyanın “Əmək qəhrəmanı” adına, Müdafiə Nazirliyinin dövlət və idarə mükafatlarına layiq görülüb.

Ukraynadan çox, Pentaqonun hədəfində

2022-ci ilin fevralında Rusiyanın Ukraynada hərbi əməliyyat başlamasından sonra Kirillov Müdafiə Nazirliyinin brifinqlərində çıxış edərək, Kiyevin radiasiya, kimyəvi və bioloji sahələrdə hərbi inkişafı ilə bağlı məlumatları paylaşıb.

2022-ci il martın 10-da o, Ukrayna bioloji laboratoriyalarının köçəri quşlar vasitəsilə xüsusilə təhlükəli infeksiyaların ötürülməsi imkanlarının öyrənilməsi ilə bağlı bəyanat verib. Onun sözlərinə görə, layihə çərçivəsində “H5N1” quş qripi və quş taunu kimi tanınan “Nyukasl” xəstəliyinin yayılma imkanları öyrənilib. Kirillov bildirib ki, başqa bir layihəyə əsasən yarasalar potensial bioloji silahların daşıyıcısı kimi nəzərdən keçirlib.

owl_wide_1200_9e8646d76a2a55691211b2d91e75b883.jpg

Bir həftə sonra Kirillov Pentaqonun Ukraynadakı bioloji laboratoriyaları maliyyələşdirməsini təsdiq edən sənədlərin surətlərini təqdim edib. Onun sözlərinə görə, ABŞ yarasalar vasitəsilə insanlara xəstəliklərin ötürülməsi yollarının öyrənilməsinə 1,6 milyon dollar sərmayə qoyub, bu vəsaitin böyük hissəsini Ukrayna əsas podratçı kimi alıb. Müdafiə Nazirliyinin məlumatına görə, işlər Tiflisdəki Luqar ictimai səhiyyə mərkəzi ilə birlikdə Xarkovdakı laboratoriyada aparılıb.

2024-cü ilin iyununda Kirillov “çirkli bomba” yaratmaq üçün Ukraynaya işlənmiş nüvə yanacağı və təhlükəli kimyəvi tullantıların gətirildiyini bildirib. O əlavə edib ki, Polşa və Rumıniyadan utilizasiya üçün radiokimyəvi maddələrin Ukraynaya idxalı davam edir və tədarüklərə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak cavabdehdir.

Oktyabrın 7-də Kirillov vurğulayıb ki, Ukrayna əməliyyat zamanı Moskvanı zəhərli maddələrdən istifadə etməkdə ittiham etmək üçün təxribat hazırlayıb və “dəlillər” Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nümayəndələrinə guya müstəqil hesabat üçün təhvil veriləcək.

General həmçinin iddia edib ki, Ukraynaya gələn amerikalı hərbçilər koronavirus infeksiyasının müalicəsi və profilaktikası vasitələrinin sınaqdan keçirilməsi bəhanəsi ilə əsasən slavyan etnik qrupuna aid olan xəstələrdən bir neçə min nümunə götürüblər.

Sonuncu açıqlama

Rusiya Müdafiə Nazirliyi noyabrın 5-də Kirillovun iştirakı ilə keçirilən son brifinqin məlumatlarını dərc edib. İqor Kirillov Kursk vilayətindəki, xüsusən də Kursk AES-dəki vəziyyət haqqında danışıb. Onun sözlərinə görə, Müdafiə Nazirliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat alıb və orada deyilir: “Stansiyada qəza baş verərsə, yalnız Rusiya ərazisi radioaktiv çirklənməyə məruz qalacaq və Ukrayna ərazisində qamma radiasiyasının fon dəyərlərində heç bir dəyişiklik olmayacaq”.

KİRİL.jpg

Kirillov iddia edib ki, irimiqyaslı AES qəzasında radioaktiv maddələr Çernobıl AES qəzasında olduğu kimi Avropanın böyük bir hissəsinə yayılacaq. Fəaliyyətinə görə Kirillov bir neçə ölkənin sanksiya siyahısına salınıb. O cümlədən, Böyük Britaniya oktyabrın 8-də ona qarşı sanksiyalar tətbiq edib.

“Strana” internet qəzeti generalın Ukrayna ordusuna qarşı kimyəvi silah tətbiq edəcəyi barədə məqalə dərc edib. Özü də İqorun ölümündən bir gün əvvəl. Məqalədə deyilir ki, Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov Ukrayna hərbçlərinə qarşı kimyəvi silahdan istifadə etmək əmri verib.

Beləliklə, bütün bu təfərrüatlardan sonra demək olar ki, generala qarşı törədilən hadisə ilk baxışdan terror aktı səciyyəsi daşısa da, əslində müharibə epizodudur, nöqtəvi diversiyadır. Çünki Kirillov müharibədə idi və savaşırdı. Belə ölümlər müharibənin fitrətindədir.

Musavat.com

Chosen
31
50
hurriyyet.az

10Sources