Rusiya İstintaq Komitəsi Moskvada öldürülən general-leytenant İqor Kirillovun ölümünü terror aktı kimi təsnif edilərək cinayət işi başladıb.
Ölkə.Az xəbər verir ki, bu barədə istintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
O deyib ki, hadisə ilə bağlı İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə məlumat verilib.
Petrenkonun sözlərinə görə, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105, 205 və 222-ci maddələrində nəzərdə tutulmuş cinayətlər əsasında araşdırılır. Müstəntiqlər halları müəyyənləşdirir, hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
Mürtəza
Ölkə.Az