EN

Sabiq müdafiə naziri hərbi ekspertin bu təklifi ilə razılaşdı...

“Birincisi bu, həm gənclərin daha yetkin yaşına çatması üçün yaxşıdır, ikincisi də...”
 
Xəbər verildiyi kimi,  dünən – dekabrın 16-da Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.  Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
 
Xatırladaq ki, hələ bu ilin iyul ayında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev Moderator.az-a açıqlamasında  hələ bu ilin iyulunda  verdiyi açıqlamasında dediyi kimi, sözügedən yaş həddinin nəinki 30 yaşa, 27 yaşa endirmək lazım olması haqda danışmışdı( ). Bu günlərdə həmin yaş həddinin 30 yaşdan 28 yaşa endirilməsini təklif edən hərbi ekspert Üzeyir Cəfərli eyni zamanda minimum çağırış yaş həddinin 18 yox, 20 olmasını təklif edib.   
 
“Uzun illər ömrünü hərbiyə sərf etmiş biri kimi deyə bilərəm ki, əvvəla, minimum çağırış yaşı 18 yox, 20 olmalıdır. Təsəvvür edin ki, bir çağırışçının 18, digərinin isə 35 yaşı var. Aradakı yaş fərqi görün nə qədərdir! Bu istər-istəməz komandirlər üçün əlavə problemlər yaradırdı. Çünki yaşlı adam ona verilən tapşırığı çox ləng yerinə yetirir. Onun fiziki bacarığı imkan vermir ki, 18 yaşlı gənc kimi qaçsın, sürünsün və s.
 
Qanunvericiliyə təkliflər hələ təsdiqlənməsə də, inanıram ki, bir müddət sonra çağırış yaşı 30-dan 28-ə endiriləcək. Fikrimcə, kimin elmə, incəsənətə, yaxud başqa bir sahəyə marağı varsa, ona o şərait yaradılmalıdır. Bu baxımdan orta məktəbi bitirdikdən sonra uşaqlara ən azı 2 il şərait yaratmaq lazımdır”,- deyə ekspert bildirib.
 
Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev hərbi ekspertin bu təklifi ilə bir növ razılaşdığını bildirib. 
 
“Birincisi bu, həm gənclərin daha yetkin yaşına çatması üçün yaxşıdır, ikincisi də  Üzeyir Cəfərovun söylədiyi kimi, gənclərə ali məktəbə daxil olmaq üçün bir yox, iki şans verilir. Bu da ölkədə ali təhsilli gənclərin artmasına da şərait yarada bilər. Onsuz da həmin gənclər ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanacaq...”, - deyə sabiq nazir vurğulayıb. 
 
Sultan Laçın
 
 
 
Chosen
40
moderator.az

1Sources