EN

Ukrayna millisinin üzvü dopinqə görə futboldan uzaqlaşdırılıb

Bakı, 17 dekabr, AZƏRTAC

Ukrayna millisinin və İngiltərənin “Çelsi” komandasının aparıcı futbolçusu Mixail Mudrik futboldan müvəqqəti olaraq uzaqlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin qanında qadağan olunmuş maddə aşkarlanıb.

İkinci analizin nəticəsi bəlli olana qədər futbolçu yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Mixail Mudrikin dopinqdən istifadə etdiyi təsdiqini taparsa, o, 4 illik diskvalifikasiya oluna bilər. Bu isə o deməkdir ki, Ukrayna millisinin üzvü 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə görüşləri də buraxacaq. Komandalar arasında ilk matç sentyabrın 9-da Bakıda olacaq.

Chosen
25
4
azertag.az

5Sources