EN

Makron Bayruya iki gün vaxt verib

 Fransa prezidenti Emmanuel Makron respublikanın baş naziri Fransua Bayrudan iki gün ərzində yeni hökumətin tərkibini ona təqdim etməyi tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, prezident çərşənbə günündən gec olmayaraq namizədlərin siyahısını gözləyir.

Yeni baş nazir bir gün əvvəl Mayotta Çido qasırğasının nəticələrinin aradan qaldırılması işlərinə şəxsən rəhbərlik etmək üçün getmədiyi üçün mediada tənqid edilib.
Əvəzində hökumət başçısı bələdiyyə sədri olaraq qaldığı Pauya planlaşdırılmış səfər edib.

Xatırladaq ki, Makron dekabrın 13-də Bayranı baş nazir təyin edib.

Chosen
9
ucnoqta.az

1Sources