Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Prezident Kompleksində Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, prezidentin baş müşaviri Akif Çağatay Kılıç və Kommunikasiya İdarəsinin direktoru Fahrettin Altun da iştirak edib.
Danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı gözlənilir.