EN

Yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxslər saxlanıb

Sosial ÅŸÉ™bÉ™kÉ™lÉ™rdÉ™ “rent.yaxta”, “yaxtaların icarÉ™si” vÉ™ digÉ™r adlar altında saxta elanlar yerləşdirmÉ™klÉ™ vÉ™tÉ™ndaÅŸlara qarşı kütlÉ™vi dÉ™lÉ™duzluq edÉ™n ÅŸÉ™xslÉ™r müəyyÉ™n ediliblÉ™r.

DİN-in Mətbuat Xidmətindən Valyuta.az-a verilən məlumata görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.

Qeyd olunub ki, onların əməlləri ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir. N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər".

DİN vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər.

Chosen
2
49
valyuta.az

10Sources