Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında 16,9 milyon ton yük, 7 672,6 min sərnişin daşınmış, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,1%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Visiontv.az-a verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 375 vaqon yüklənmiş, 437 vaqon isə boşaldılıb.
“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.