Marmarisdə vəziyyəti pisləşən məşhur müğənni Fərdi Tayfur sövq edildiyi Antalyadakı özəl xəstəxanada reanimasiya şöbəsinə aparılıb və onun əməliyyat olunacağı gözlənilir.
Hafta.az-ın yazdığına görə, Tayfurun soyuqdəymədən xəstələndiyi bildirilib. Əvvəllər müalicə aldığı xəstəxanada həkiminin istəyi ilə dünən axşam təcili yardım təyyarəsi ilə Antalyaya köçürülən Tayfur orada özəl xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə olunub.
Müğənninin mətbuat məsləhətçisi Şirin Gözalıcı onun sonrakı saatlarda əməliyyata alınmasının planlaşdırıldığını bildirib. 79 yaşlı sənətçinin həm də qardaşı oğlu olan Gözalıcı, "Cənab Fərdi Tayfur xəstəxanadadır və normal palatada yerləşdirilir. O, huşundadır və yaxın saatlarda əməliyyat olunması planlaşdırılır" deyib.
Fərdi Tayfur dekabrın 15-də yaşadığı Muğlanın Marmaris rayonundakı evində xəstələnib. Təciliyardım maşını ilə əvvəlcə rayondakı özəl xəstəxanaya, daha sonra Muğladakı başqa bir özəl səhiyyə müəssisəsinə köçürülən Tayfur ümumi cərrahiyyə şöbəsinin reanimasiya şöbəsində müalicə olunub.
Bildirilib ki, 79 yaşlı sənətçi 15 gün əvvəl Antalyada xəstəxanada əməliyyat zamanı beyin damarına stent taxıb və 4 gün əvvəl evə buraxılıb. Bir müddət dializ müalicəsi alan Tayfura 2020-ci ildə Antalyada oğlunun böyrəyi köçürüb.