EN

Rus generalla birlikdə ölən şəxsin kimliyi MƏLUM OLDU

Moskvada Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillovla birlikdə ölən şəxsin adı açıqlanıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, partlayış zamanı ölən digər şəxs Kirillovun köməkçisi İlya Polikarpov olub.

Onun həyat yoldaşı Natalya TASS-a açıqlamasında səkkiz və doqquz yaşında iki övladının olduğunu bildirib.

Qeyd olunur ki, Polikarpov Rusiya İrs Fondu ilə birlikdə humanitar fəaliyyətlə məşğul olub.

Dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının yaxınlığında partlayış törədilib. Hadisə nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.

Partlayış dalğası üzbəüz yerləşən evin şüşələrini sındırıb.

Hadisə yerinə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin rəhbərliyi, təcili tibbi yardım həkimləri və təcili tibbi yardım xidmətləri göndərilib.

Partlayıcı maddə (trotil ekvivalentində 100 q-dan 300 q-a qədər) evin yaxınlığında dayanan skuterə yerləşdirilib. Partlayıcı qurğunun komponentləri götürülüb.

Yaşayış binasının ətrafı mühasirəyə alınıb.

Chosen
3
2
modern.az

7Sources