44 günlük Qarabağ müharibəsindən sonra 89 nəfər şəxsiyyəti müəyyən edilmiş və basdırılmamış cəsəd və qalıqlar qalıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan səhiyyə nazirinin mətbuat katibi Maryam Tsatryan mətbnuata açıqlamasında belə deyib.
Səhiyyə naziri Anahit Avanesyan bir müddət əvvəl jurnalistlərlə görüş zamanı bildirib ki, 44 günlük müharibədən və Xankəndi yaxınlığında baş verən partlayışdan sonra meyitlərin və qalıqların müayinəsi başa çatıb.
O, meyitlərin və qalıqların yaxınlarına təhvil verildiyini deyib.
“Bəzi qalıqlar ciddi zədələndiyi üçün DNT analizinə ehtiyac qalmayıb. Eyni zamanda müəyyən edilmiş və basdırılmamış qalıqlar və cəsədlər var”, - deyə Avanesyan bildirib.
Onun sözlərinə görə, hazırda həm valideynlərlə, həm də İstintaq Komitəsi və Müdafiə Nazirliyi ilə iş aparılır.
Hələ 2023-cü ilin dekabrında Ermənistan İstintaq Komitəsi Xankəndidə yanacaq anbarında baş vermiş partlayış nəticəsində 218 nəfərin öldüyünü bildirmişdi.
Ölənlərin 138 nəfərinin şəxsiyyəti məhkəmə-genetik ekspertizası tərəfindən, 77 nəfərin şəxsiyyəti digər istintaq hərəkətləri ilə müəyyən edilib.
Xatırladaq ki, 2023-cü ilin fevralında müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan qohumları və dostları tərəfindən götürülməyən müəyyən edilmiş qalıqların “Yerablur” hərbi panteonunda xüsusi ayrılmış ərazidə dəfn olunacağını açıqlamışdı.