EN

"Qrobinas"la vidalaşan Nazim harada qərar tutacaq? - 4 variant var

Latviyanın "Qrobinas" klubu ilə müqaviləsinin müddəti başa çatan azərbaycanlı yarımmüdafiəçi Nazim Məmmədzadənin yeni ildən harada olacağı indilik dəqiqləşməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində iki digər Latviya təmsilçisi - "Super Nova" və "Dauqavpils" maraqlıdır.

Eyni zamanda Məmmədzadənin "Kəpəz" və ya "Şamaxı"ya da qoşulmaq ehtimalı var. Hərçənd sözügedən futbolçunun Latviyada klub dəyişəcəyi daha inandırıcıdır.

Qeyd edək ki, 23 yaşlı Nazim yayda keçdiyi "Qrobinas"ın forması ilə ümumilikdə 13 matça çıxıb. Ölkə çempionatında 12, Latviya Kubokunda 1 görüş keçirən orta xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Chosen
9
fanat.az

1Sources