EN

Çətin vəziyyətdə olan Premyer Liqa klubu külli miqdarda borc aldı

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Şamaxı» borclanıb.

AFFA-nın ayırdığı illik 3 milyon manat yardımla klubun xərclərini qarşılaya bilməyən klub rəhbərliyi ölkədə fəaliyyət göstərən banklardan biri ilə kredit müqaviləsi bağlayıb.

Anlaşmaya əsasən, kommersiya qurumundan 300 min manata yaxın pul alınıb.

Bu məbləğ kollektivin gündəlik işlərinin həlinə və mükafatların ödənilməsinə sərf olunur.

Həmçinin «A» və akademiya komandalarının geyim təhcizatı üçün həmin vəsaitdən istifadə edilir.

SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources