EN

Rusiya ilə HTŞ arasında gizli görüş İFŞA OLUNDU – DETALLAR

Suriyada Bəşər Əsəd rejimini devirən müxalifətə rəhbərlik edən Əbu Məhəmməd əl-Colani ilə Putin arasında gizli danışıqların aparıldığı iddia edilib.

Medianews.az xəbər verir ki, Moskvanın Tartus limanına və Hmeymim hava bazasındakı varlığının davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edildiyi açıqlanıb.

“Hazırda danışıqların ilk pilləsindəyik. İnsanlar yeni həyat qurmaq istəyirlər. Münasibətləri düzəltmək məcburiyyətindəyik, ölkə çöküb, insanlar çox yoxsuldur”, -deyə HTŞ rəhbərliyi bildirib.

HTŞ mənbələri iddia edib ki, yeni administrasiya Rusiyaya bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Tartus limanında icarə müqaviləsinin davam etməsi də mümkündür. Bu o deməkdir ki, Rusiya Aralıq dənizində yeganə dərin suda yerləşən hərbi dəniz obyektinə çıxışı saxlayır.

Suriyanın hazırkı hakimiyyətinin Rusiya ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəməsi dünya mətbuatının da diqqətini çəkib.

Medianews.az

Chosen
43
3
medianews.az

4Sources