Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Fəxrəddin Altun süni intellektin original məzmunları saxta məzmunlardan fərqləndirməz hala gətirdiyinə diqqət çəkərək bunun cəmiyyətin etimadını zədələdiyini bildirdi.
Fəxrəddin Altun "Rəqəmsal əsrdə həqiqət mübarizəsi" adlı məqalə qələmə aldı. 24 ölkənin media orqanlarında dərc olunan məqalədə rəqəmsal sahədəki dəyişikliyin gətirdiyi imkanlar və çətinliklərə diqqət çəkildi.
"Deep-fake"(saxta məzmun) istehsal edə bilən süni intellektin orijinal məzmunları saxtalarından fərqləndirilməz hala gətirdiyinə diqqət çəkən sədr bunun cəmiyyətlərin etimadını zədələdiyini, həqiqət böhranını dərinləşdirdiyini, dezinformasiya, manipulyasiya və etik pozuntuların dağıdıcı nəticələrini əhəmiyyətli dərəcədə artırdığını ifadə etdi.
Altun "Türkiyə olaraq strateji kommunikasiya mexanizmlərimizlə yanlış məlumatların qarşısını almaq, həqiqəti müdafiə etmək və beynəlxalq ictimaiyyətin düzgün məlumata çıxışını təmin etmək üçün intensiv səy göstəririk" dedi.
İnsanlığın ümumi gələcəyi üçün həqiqət, vicdan və ədalət prinsiplərindən imtina etməyən bir yanaşma ilə hərəkət etməyin əhəmiyyətini vurğulayan Fəxrəddin Altun "Türkiyə bu anlayışın rəhbərliyi altında yalnız öz bölgəsində deyil qlobal səviyyədə də bir model olmağa davam edəcəkdir" ifadələrini işlətdi.