EN

Moskvada rus generala sui-qəsdin arxasından Ukrayna çıxır...

Image

Təxminən 3 ilə yaxındır Ukrayna ilə müharibə aparan Rusiyanın paytaxtı Moskvanın Ryazan küçəsindəki yaşayış binasının girişində partlayış baş verib. Əldə hazırlanmış bombanın partlaması nəticəsində Rusiyada son dərəcə əhəmiyyətli rolu olan hərbi zabit İqor Kirillov və köməkçisi dünyasını dəyişib.

General-leytenant İqor Kirillov Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı olub.

Ukrayna-Rusiya müharibəsinin qızışdığı və “nüvə” təhdidlərinin səsləndiyi bir vaxtda yüksək rütbəli rus generalının öldürülməsi diqqət çəkir.

İstintaqın gedişindən xəbəri olan iki mənbə Rusiya mətbuatına bildirib ki, Moskvanın Ryazanskiy bulvarında baş verən partlayışın arxasında Ukrayna Silahlı Qüvvələrinin durduğu ehtimal edilir. 

Mənbələr bildirirlər ki, FSB partlayıcı mütəxəssisləri hadisə yerində ekspertiza üçün material toplayıb. Ətrafdakı bina və tikililərə də baxış keçirib.

Bu arada, "Reuters" agentliyinin Ukrayna Təhlükəsizlik Xidməti SBU-dakı mənbəyə istinadən verdiyi məlumata görə, rusiyalı general İqor Kirillov Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülüb. 

“Ukrayna Təhlükəsizlik Xidməti Moskvada keçirdiyi xüsusi əməliyyat çərçivəsində rus generalı Kirillovu öldürüb”, - agentlik yazıb.

Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak isə insidentdə Kiyevin əli olması ilə bağlı iddiaları rədd edib.

TAHİR





Chosen
26
baki-xeber.com

1Sources