Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, mikroavtobuslar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə təqdim olunub.
Qeyd edək ki, mikroavtobuslararın təqdim edilməsi Rüstəm Minnixanovun dekabrın 17-də Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) səfəri çərçivəsində baş tutub.