Son günlər Suriyada vəziyyət sakitləşsə də, ermənilər arasında hələ də çoxları Ermənistana köçmək istəyir.
KONKRET.az xəbər verir ki, Suriyanın Homs şəhərindən Ermənistana qayıdan Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında NEWS.am-ın müxbiri ilə söhbətində belə deyib.
Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər.
“Lakin biz hələ də gələcək inkişafı gözləyirik”, – Sefetyan əlavə edib.
Qeyd edək ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə tarixi vətənlərinə qayıdıb.
Günel Mikayılova,
KONKRET.az