Sibel Can onun ölüm xəbəri ilə sarsılımışdı. İllərdir müğənninin köməkçisi olan Cengizhan qaraciyər xərçəngindən dünyasını dəyişib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Cengizhan Sabuncunu ilə vida da orada olan məşhur müğənni mərhum dostunun ailəsinə 8 milyon TL yardım edib.
Mövzu ilə bağlı açıqlama verən Müge Dağstanlı, "Sibel Can bunun çox danışılmasını istəmir. Cengizhan 30 illik dostu idi... Müğənninin geyim və buna bənzər digər xərcləri böyükdür. Bəzi xərclərin ödənməsini ona həvalə edirdi. Cengizhana güvənirdi. Cengizhan vəfat etdikdən sonra ailəsi Sibel Can ilə əlaqə yaradır, bizə verdiyiniz bütün ödənişlərdən sonra 8 milyon TL pul qalır. Sibel Can deyir ki, sizin ailənizdə böyüyən uşaqların təhsil pulu olsun. Bu səbəbdən o pulu mütləq qəbul etməyəcəyəm".
Vüsalə İbrahimli