EN

"Sevilya" "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir - SON DƏQİQƏ

"Qarabağ"ın hücumçusu Juninyo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Sevilya" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə ispan jurnalist Edu Sanina məlumat yayıb.

Əndəlus təmsilçisinin baş məşqçisi Qarsiya Pimenta Juninyonun xidmətində maraqlıdır. "Sevilya" 28 yaşlı forvardı yanvar ayında heyətinə qatmağı planlaşdırır.

İspaniya klubunun Jubinyon ilə təmas qurduğu və futbolçunun razılığını aldığı bildirilir.

Qeyd edək ki, "Qarabağ" Juninyonu ötən ilin yayında Portuqaliyanın "Şaves" klubundan transfer edib. "Sambaçı" bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
21
sportal.az

1Sources