EN

Dəməşq yaxınlığlnda 100 min insanın kütləvi dəfn olunduğu yer aşkarlanıb - "Reuters"

İnsan haqları müdafiəçiləri Suriyanın paytaxtı Dəməşq yaxınlığında kütləvi məzarlıq aşkar ediblər. Burada Bəşər Əsədin hakimiyyəti dövründə öldürülən ən azı 100 min insanın cəsədi var.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu, beş belə dəfndən biridir. Bu barədə qəzetə "Suriya Fövqəladə Hallar üzrə Əməliyyat Qrupu”nun rəhbəri Muaz Mustafa məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu dəfnlərlə bağlı məlumat ölkədən qaçmağa müvəffəq olmuş işçilərin ifadəsinə əsaslanır.

"100 min, orada basdırılan cəsədlərin sayı ilə bağlı ən mühafizəkar təxmindir. Daha çox ola bilər", deyə Mustafa bildirib.

O hesab edir ki, Suriyada kütləvi dəfnlərin sayı beşdən çox ola bilər. Ölənlər arasında suriyalılarla yanaşı, ABŞ, Böyük Britaniya və digər ölkələrin vətəndaşları da var.

Onun sözlərinə görə, cəsədlərin daşınması ilə Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsi məşğul olub. Onlar əvvəlcə hərbi xəstəxanalara aparılıb, orada insanlar işgəncə ilə öldürülüb, sonra isə müxtəlif kəşfiyyat qurumlarına təhvil verilib. Daha sonra cəsədlər kütləvi məzarlıqlara aparılıb.

Mustafa qeyd edib ki, Dəməşq Bələdiyyə Cənazə Evi dəfn üçün istifadə olunub. Onun əməkdaşları cəsədləri soyuducu yük maşınlarından boşaltmağa kömək ediblər.

Hüquq müdafiəçiləri kütləvi məzarları qazmağa məcbur edilən sürücülər və buldozerlər sürücüləri ilə danışıblar. Mustafanın sözlərinə görə, fəhlələrə tez-tez cəsədləri qəbirlərə sığdırmaq üçün sıxışdırmaq və sonra onları torpaqla örtmək tapşırılıb.

Hüquq müdafiəçisi bu dəfn yerlərinin mühafizəsiz qalmasından narahatdır. Mustafa gələcək araşdırmalar üçün dəlilləri qorumaq üçün onların qorunub saxlanmasının vacibliyini vurğulayıb.

Aydın

Chosen
13
1
qaynarinfo.az

2Sources