EN

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Yuri Husyev "X" platformasındakı paylaşımında bildirib.
"Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik", - səfir paylaşımında qeyd edib.
Chosen
37
42
oxu.az

10Sources