EN

Türkiyəli xilasedicilər Sednaya həbsxanasında AXTARIŞLARA BAŞLADI – VİDEO

Türkiyəli xilasedicilər Sednaya həbsxanasında məhbusların axtarışına başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

80 xilasedicidən ibarət Türkiyə Fövqəladə Hallar Təşkilatı (AFAD) Dəməşqin Sednaya həbsxanasında axtarış əməliyyatlarına başlayıb. Məqsəd hələ də gizli kameralarda ola biləcək insanları tapmaqdır.

Həbsxana kompleksində hələ tam tədqiq edilməmiş bir neçə yeraltı mərtəbə var.

Sednaya devrilmiş Əsəd rejimi tərəfindən məhkəməsiz qətllərin və işgəncələrin simvoluna çevrilib. Orada minlərlə insan edam edilib və işgəncələrə məruz qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources