EN

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kəndtəsərrüfatının ümumi məhsulu 1 faiz, o cümlədən, heyvandarlıqməhsulları istehsalı 1,4 faiz, bitkiçilik məhsulları istehsalı 0,6faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, dekabr ayının 1-nə kimi qarğıdalı da daxilolmaqla, tarlalardan 3245,9 min ton və ya keçən ilin müvafiqdövrünə nisbətən 0,7 faiz çox dənli və dənli paxlalı bitkilər,1831,5 min ton (1,0 faiz çox) tərəvəz, 1309,3 min ton (4,8 faizçox) meyvə və giləmeyvə, 920,2 min ton (7,6 faiz az) kartof, 490,4min ton (11,9 faiz çox) bostan məhsulları, 243,0 min ton (7,5 faizaz) pambıq, 213,7 min ton (0,1 faiz çox) şəkər çuğunduru, 202 minton (9,3 faiz az) üzüm, 31,1 min ton (6,3 faiz çox) günəbaxan, 5,9min ton (12,8 faiz çox) tütün, 1,1 min ton (4,9 faiz az) yaşıl çayyarpağı yığılıb.

2024-cü ilin yanvar-noyabr aylarında diri çəkidə 543,6 min tonət, 2080,4 min ton süd, 2097,7 milyon ədəd yumurta, 14,8 min tonyun, 239,4 ton barama istehsal olunub. 2023-cü ilin yanvar-noyabrayları ilə müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 0,9 faiz,yumurta istehsalı 4,8 faiz artıb, yun istehsalı 2,1 faiz, baramaistehsalı 32,9 faiz azalıb.

Chosen
15
7
az.trend.az

9Sources