EN

Əsrlərə bərabər ömür

Azərbaycan xalqı tarixən milli maraqlar naminə, milliyyətçilik naminə canını, eşqini bu amala fəda etmişdir. Heç şübhəsiz, bu amal millət olaraq birləşməyin, əbədi mübariz şəkildə var olmağın ən təməl prinsiplərindən biridir. “Bayraqları bayraq edən üstündəki qandır, torpaq, uğrunda ölən varsa, vətəndir!”.

Bu eşq uğrunda təkcə silahla ön cəbhədə deyil, həmçinin, elm cəbhəsində də savaşımız hər zaman sürməkdə idi. Alimlər, böyük dühalar, ulu ruhlar məskəni olmuş qədim Azərbaycan torpağının ən mükəmməl simalarından biri də ustad Şirməmməd Hüseynov idi..

Keçmiş zamanda deməyimə baxmayın, onun qələmi hələ neçə-neçə gəncə işıq tutmaqda, yol göstərməkdə və əzmkarlıq nümayiş etdirməkdədir.

Azərbaycan Cümhuriyyəti dövrünün parlaq simalarından olan böyük alim yazdığı məqalələrdə, dərc etdirdiyi kitablarda keçmişi unutmayaraq, gələcəyin müasir tərəflərini, tərəqqiyə getməyin həll yollarını, uğurun və zəfərin əsas özəyinin millət və dövlət sevgisi ilə yoğrulduğunu dəfələrlə dilə gətirmişdir. “At ölənə qədər otlayar” misalını özünə şüar edən böyük ustad vəfatına yaxın aylarda da yeni çıxan mətbu orqanları izləyir, fəaliyyətlərini dərindən öyrənməyə davam edirdi. 150 illik yaşı olan Azərbaycan jurnalistikanın 100 yaşı bu gün Azərbaycan elm tarixində özünəməxsus iz salan, milli şüurun, oyanışın, yeniliyin tərəfdarı olan ustadın 100 yaşı ilə tamam oldu.

100 illiyin mübarək, Ustad Şirməmməd Hüseynov!

İmza: Turğay Camal

Chosen
13
1
busaat.az

2Sources