Bayramda evini bəzəmək üçün qəbiristanlıqdan oğurluq etdi
Polşada Milad bayramı ərəfəsində evini bəzəmək üçün qəbiristanlıqdan şam ağacları oğurlayan qadın həbs edilib. Bakupost.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Tulişkuv sakini şəhər qəbiristanlıqlarından birinə cinayət məqsədilə daxil olub. 40 yaşlı qadın qəbiristanlıqda gəzərək iki şam ağacını, üzərindəki yolka bəzəklərini və şüşə vazanı oğurlayıb. Oğurluğun ümumi dəyəri 1450 zlotıy (təxminən 607 manat) təşkil edir. Hadisədən bir neçə saat sonra polis qadını saxlayıb. Daha sonra istintaqçılar oğurlanmış yolkaların içərisində GPS lokatorlarının olduğundan xəbəri olmayan şübhəlinin evinə gedib. Məlum olub ki, qadın bu əməli qarşıdan gələn Milad bayramı ilə əlaqdəar evini bəzəmək üçün edib. Polis yolkaları müsadirə edib. Qadını altı aydan səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.