EN

Bəşər Əsədin qardaşı SAXLANILDI

Suriyanın devrilərək Rusiyaya qaçan prezidenti Bəşər Əsədin qardaşı, 4-cü Zirehli Diviziyanın komandanı Mahir Əsəd Livan-Suriya sərhədində saxlanılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Retures" məlumat yayıb.

Bildirilib ki, Mahir Əsədlə birlikdə Suriya Baş Təhlükəsizlik İdarəsinin direktoru Əli Məmlük də saxlanılıb.

Xatırladaq ki, Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının güclənməsi səbəbindən daha da gərginləşib. Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirdilər. Eyni zamanda, ölkə ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib.

Əvvəl eddia edilir ki, Mahir Əsəd helikopterlə öncə İraqa, sonra isə Rusiya gedib.(Publika.az)

Chosen
16
1
olke.az

2Sources