Təbii ki, həm bir alim, həm aparıcı kimi dəyərli elm xadimlərimizi, ustadlarımın, hörmətli ictimai xadimlərin, millət vəkillərinin təqdimatını etmək mənə xoş və qürurverici idi. Ancaq "İrəvan" xalq çalğı alətlərinin ifa etdikləri "Gümrünün faytonları", "Bu qız İrəvanlıdır", "Zəngəzur butası", "İrəvan" və s. kimi unudulmuş xalq mahnılarını təqdim etmək və dinləmək, həqiqətən, bir başqa cür zövq idi.