EN

Tunisdə rusiyalı turistlər SAXLANILDI – İşgəncələrlə məşhur olan həbsxanaya SALINDILAR

Tunisdə saxlanılan rusiyalı turistlər işgəncə və pis şəraitlə məşhur olan həbsxanada saxlanılır.

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə onlardan birinin nişanlısı RİA Novosti-yə bildirib.

Tunisdə saxlanılan 11 rusiyalı turist işgəncə və pis şəraitlə məşhur olan Mornaqiya həbsxanasında saxlanılır,

Qızın dediyinə görə, ruslar Roma İmperiyasının qədim abidələrini ziyarət etmək üçün kiçik Haydra kəndinə getsələr də, noyabrda əlaqəni kəsiblər.

Sonradan məlum olub ki, yerli hüquq-mühafizə orqanları turistləri saxlayıb və onlar həbsdədirlər. Saxlanmanın səbəbi hələlik məlum deyil.

Mornaguia həbsxanası ağır şəraiti və insan haqlarının pozulması ilə tanınır. Məhbuslara qarşı işgəncə və pis rəftarla bağlı məlumatlara görə 2010-cu ildən bəri beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında dəfələrlə qeyd olunub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
21
interpress.az

1Sources