EN

Vitali Borisov: “İsveçlə oyunda qələbəyə layiq idik”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov bu gün İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Bu gün Avropa çempionatının (AÇ-2026) əsas seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirən Azərbaycan millisi İsveç yığması ilə məhsuldar heç-heçəyə razılaşıb – 3:3.

Oyundan sonra millimizin baş məşqçisi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb:

“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə çox cərimə qazandıq və 5 foul limitini erkən doldurduq. Bundan sonra öz oyunumuzu oynaya bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı.

İkinci hissədə daha yaxşı oynadıq. Uşaqların oyununu bəyəndim. Epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdır. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Matçın başa çatmasına 2 saniyə qalmış hesabı bərabərləşdirsək də, uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”. Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, autdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu oyunda qələbəyə layiq idik.

Yenə deyirəm, yeni komanda qururuq. Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz də kifayət qədərdir. Bu gün heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyerasını başa vuracaqlar. Ona görə gəncləri tapmalı, onları öyrətməliyik”.

Chosen
10
6
arena.az

7Sources