Ermənistan parlamentinin üzvü Akop Aslanyan son qalmaqaldan sonra hakim “Mülki Müqavilə” partiyasından xaric edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən partiya iclasında qəbul edilib.
Bundan əvvəl deputat dekabrın 11-də hakim fraksiyadan xaric edilib.
Həmin gün Aslanyan keçmiş fraksiya həmkarı Ovik Ağazaryanın məhkəməsi ilə əlaqədar olaraq, həm də partiyadan və fraksiyadan xaric edilmiş “Mülki müqavilə” fraksiyasının işində iştirakını bir ay müddətinə dayandırdığını bəyan edib. Dekabrın 11-də axşam Aslanyan sosial şəbəkədəki səhifəsində fraksiya ilə əməkdaşlığı “dondurmaq” qərarının səhv olduğunu bildirərək bəyanatın skrinşotunu dərc edib. Eyni zamanda skrinşotdan görünüb ki, mətni ona Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan göndərib. Lakin etiraf mətni ona kömək etməyib, sonradan onun parlament fraksiyasından çıxarılması məlum olub.