Bakıda daha bir ərazidə evlər söküləcək.
Viral.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Təzəpir məscidi ətrafındakı ərazilərdən gedir.
Məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə Süleyman Tağızadə, Abdulla Şaiq və Nabat Aşurbəyova küçələrini əhatə edəcək. Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.Yeni parkın şəhərin ekoloji mühitinə və sakinlərin sosial həyatına müsbət təsir edəcəyi gözlənilir.
Son Yazılar:
- Bakıda daha bir ərazidə evlər söküləcək – VİDEO
- “Qarabağ” təsdiqlədi – “Sevilya” Juninyo üçün təklif göndərib
- AFFA Fernandu Santuşu millidə saxladı
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.