EN

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə çatıb

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə çatıb.
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayru bildirib.
 
"Bu gün ölənlərin sayı 20-yə yaxındır, 200 ağır yaralı var. 1 500 yaralının həyati təhlükəsi yoxdur", - hökumət başçısı bildirib.
 
O, bu rəqəmlərin son olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.
 
Qeyd edək ki, "Şido" qasırğası dekabrın 14-də tüğyan etməyə başlayıb. Küləyin sürəti saatda 200 kilometri ötüb.
Chosen
23
14
moderator.az

10Sources