"Bütün bina və bütün palatalar axtarıldı. Nəticədə heç bir canlıya rast gəlinmədi. Binanın içərisində basdırılmış məhbus tapılmadı".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir bunu AFAD rəhbəri Okay Memiş deyib.
O deyib ki, bölgəyə yerli səlahiyyətlilərin Türkiyənin Dəməşq səfirliyinə etdiyi müraciət əsasında gedilib və bu gün həbsxanada axtarış-xilasetmə işlərinə başlanılıb.
"Binanın 3 sektorunda 120 personal, 4 axtarış-xilasetmə iti, 43 nəqliyyat vasitəsi, texnoloji cihaz və avadanlıqla işlərimizi yekunlaşdırdıq. Heç bir canlı izi tapılmadı", - o əlavə edib.
Memiş qeyd edib ki, binanın bütün mərtəbələrini, hücrələrini, palatalarını və binanın hər bir hissəsini çox diqqətlə və dəqiqliklə yoxlayıblar: