EN

Qarnaço “puşkaş” mükafatının sahibi oldu

2024-cü il üzrə “Puşkaş” mükafatının qalibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu, “Mançester Yunayted”in argentinalı hücumçusu Alexandro Qarnaço olub. Onun İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə 13-cü turun “Everton”la matçında vurduğu qol 2024-cü ilin ən yaxşı qolu seçilib.

Qeyd edək ki, 20 yaşlı Qarnaço “Mançester Yunayted”in yetirməsidir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, “Puşkaş” mükafatına “Qarabağ”ın futbolçusu Yassin Benzia da namizəd göstərilmişdi. Onun Əlcəzair millisinin heyətində bu ilin martın ayının 26-da Cənubi Afrikanın qapısına akrobatik tullanışla vurduğu gözəl qol ən yaxşılar sırasında yer almışdı.

Chosen
14
1
futbolpress.az

2Sources