EN

Azərbaycanda ÜDM 4,1% artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 113,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Əlavə dəyərin 37,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 19,2 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 11104,2 manata bərabər olub.

Fuad Mədətov
Fins.az

Chosen
10
19
fins.az

10Sources