EN

"Pisi odur ki, hər ikisi ilə çox yaxınam"

Meyxanaçı Ağamirzə Məmmədov aşıq Telli Borçalı ilə Zülfiyyə İbadova arasındakı qalmaqaldan danışıb.

Milli.Az xəbər verir ki, "7 Tamam" verilişində qonaq olan sənətçi aşıqların bu söhbətə son qoymasını xahiş edib:

"Hər şeyi Allaha xatir etmək lazımdır. Heç kimin qəlbinə dəymək lazım deyil. Mən də o iki gözəl xanımın qalmaqal söhbətini eşitdim. Pisi odur ki, hər ikisi ilə çox yaxınam. İkisi də gözəl insan və sənətkardır. Sizdən xahiş edirəm ki, bu söhbətə son qoyun. Bu gün varıq, sabah yoxuq".

Qeyd edək ki, aşıqlar arasındakı qalmaqala səbəb Zülfiyyənin zarafatla "Sazımı Telliyə əmanət etmərəm. Çünki restoranımıza gəlmişdi, sazını gecə orada unudub gedib" sözlərini deməsi olub.  /Axşam.az

Milli.Az

Chosen
29
3
milli.az

6Sources