EN

Üç milyona yaxın vergi borcu olan “Özsüt Azerbaijan” məcburi auditdən yayındı, cərimələndi

“Özsüt Azerbaijan” MMC cərimələnib.

Hurriyyet.az xəbər verir ki, qərar Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC-nin qanuni təmsilçisi Rəhman Qadir oğlu Vəliyevdir. Şirkətin dövlətə 2 780 361 AZN borcu var.

Pravda.az

Chosen
10
19
hurriyyet.az

10Sources